Rəqəmsal hüquq üzrə Tələbə Elmi Məqalə Müsabiqəsinin qalibləri bəlli oldu!

20
05.11.2026
Rəqəmsal hüquq üzrə Tələbə Elmi Məqalə Müsabiqəsinin qalibləri bəlli oldu! Rəqəmsal hüquq üzrə Tələbə Elmi Məqalə Müsabiqəsinin qalibləri bəlli oldu!

PRAKKOM.AZ, TechLaw.az və Digital Law Lab-ın birgə təşkilatçılığı ilə keçirilən Rəqəmsal Hüquq üzrə Tələbə Elmi Məqalə Müsabiqəsinin nəticələrini elan etməkdən məmnunuq!
Müsabiqəyə rəqəmsal hüququn müxtəlif aktual istiqamətlərini əhatə edən elmi məqalələr təqdim olunub. Süni intellekt əsaslı müqavilələr, rəqəmsal razılığın hüquqi qüvvəsi, avtomatlaşdırılmış qərarlara insan nəzarəti, mərkəzi bankın rəqəmsal valyutaları və onlayn ifadə azadlığı kimi mövzular iştirakçılar tərəfindən araşdırılıb.

Münsiflər heyətinin üç mərhələli qiymətləndirməsindən sonra qaliblər müəyyən edilib:
🥇 I yer – Fidan Yusifli (Bakı Dövlət Universiteti)
Rəqəmsal mühitdə manipulyativ interfeys dizaynının (Dark Patterns) istehlakçının razılığının hüquqi qüvvəsinə təsiri mövzusunda.
🥈 II yer – Sabina Ibishova (ADA Universiteti)
Süni intellekt agentlərinin iştirakı ilə aparılan danışıqlarda müqavilə məlumatlarının müəyyənləşdirilməsi və müqavilə münasibətlərinin hüquqi inteqrasiyası mövzusunda.
🥉 III yer – Zeynalabidin Hüseynov (Bakı Dövlət Universiteti)
Mərkəzi Bankın Rəqəmsal Valyutalarının hüquqi tənzimlənməsi mövzusunda.
Qalibləri ürəkdən təbrik edir, bütün iştirakçılara elmi fəaliyyətlərində uğurlar arzulayırıq!

Növbəti mərhələdə nə olacaq?
📌 Hər üç qalibin elmi məqaləsi PRAKKOM.AZ, TechLaw.az və Digital Law Lab platformalarında dərc olunacaq.
📌 Yaxın bir ay ərzində qaliblərin mükafatlandırılması üçün əyani görüş təşkil ediləcək.
📌 Bundan əlavə, PRAKKOM.AZ müsabiqə iştirakçıları arasından bir nəfəri ödənişli təcrübə proqramına cəlb etmək üçün ayrıca seçim həyata keçirəcək. Təcrübə proqramı ilə bağlı ətraflı məlumat yaxın zamanda paylaşılacaq.
İnanırıq ki, tələbələrin elmi tədqiqatlara cəlb olunması, aktual hüquqi problemlərə yeni yanaşmaların təşviqi və nəzəri biliklərin praktik müstəviyə daşınması hüquq elminin inkişafına mühüm töhfə verir.

PRAKKOM.AZ olaraq gənc hüquqşünasların inkişafını dəstəkləməkdən və onların akademik potensialının üzə çıxarılmasına töhfə verməkdən məmnunuq!

Xəbərlər