17 aprel 2026-cı il tarixində PRAKKOM.AZ platforması ilə TechLaw.az platforması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı
Bu əməkdaşlığın əsas məqsədi Azərbaycanda hüquq sahəsində rəqəmsallaşmanın, hüquqi texnologiyaların (LegalTech) və innovativ həllərin təşviqinə töhfə verməkdir.
Memorandum çərçivəsində tərəflər:
• hüquqi mövzularda keyfiyyətli kontentin hazırlanması və paylaşılması
• hüquqşünasların rəqəmsal platformalarda aktivliyinin artırılması
• istifadəçi bazasının genişləndirilməsi
• hüquqi texnologiyaların inkişafına dəstək
• birgə təlim, vebinar və tədbirlərin təşkili
kimi istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.
İnanırıq ki, bu əməkdaşlıq hüquq sisteminin inkişafına, hüquqşünasların bilik və bacarıqlarının müasirləşməsinə və Azərbaycanda innovativ hüquq ekosisteminin formalaşmasına real töhfə verəcəkdir.
TechLaw-nun direktoru Ruslan Mukhtarova təşəkkür edir, bu prosesin bir parçası olmaqdan məmnunluğumuzu bildiririk.