Maddə 961.
Hesab əməliyyatlarının aparılmasına bankın xidmətlərinin haqqının ödənilməsi
961.1. Bank hesabı müqaviləsində nəzərdə tutulduğu halda, müştəri hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəyir.
961.2. Bu Məcəllənin 961.1-ci maddəsində nəzərdə tutulmuş bank xidmətlərinin haqqını bank hər bir əqd başa çatdıqdan sonra müştərinin hesabdakı pul vəsaitindən tuta bilər, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.