Maddə 314.

İpoteka və tələb yeni ipoteka saxlayana keçərkən daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində edilmiş qeydin düzgünlüyü prezumpsiyası

 
İpoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.