Maddə 1076-2.

Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı

 
1076-2.1. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı həmin təminatın qanunvericiliyin və emissiya prospektinin (informasiya memorandumunun) tələblərinə cavab verməsinə nəzarət məqsədi ilə istiqrazların mülkiyyətçilərinin xeyrinə öz adından təminatı girov saxlayan qismində çıxış edən investisiya şirkəti, mərkəzi depozitar və ya bankdır. Emitentlə sərəncamçı arasında qarşılıqlı asılılıq olmamalıdır.
1076-2.2. Sərəncamçı emitentin istiqrazların emissiyası haqqında qəbul olunmuş qərarında müəyyənləşdirilir və emitentlə bağlanılmış müqavilə əsasında fəaliyyət göstərir.
1076-2.3. Sərəncamçı qanunvericiliyin və emissiya prospektinin (informasiya memorandumunun) tələblərinə uyğun olmayan hərəkət və ya hərəkətsizliyə yol verdikdə və ya bu Məcəllədə sərəncamçıya dair müəyyən edilmiş tələblərə cavab vermədikdə, emitent Azərbaycan Respublikasının Mərkəzi Bankının tələbi ilə sərəncamçını digər şəxslə əvəz etməlidir.
1076-2.4. Sərəncamçı öz hüquq və vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.