Maddə 99.

İş vaxtından artıq iş

 
1. İş vaxtından artıq işəgötürənin əmri (sərəncamı, qərarı) işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
2. Təbii fəlakətin, istehsalat qəzasının digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.
3. Xüsusilə ağır zərərli sahələrdə işləyən işçilərin bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.
4. Əmək şəraiti ağır zərərli olan sahələrdə bütün günü (növbəsi) ərzində vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.
5. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin Əməyin mühafizəsi bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.