Maddə 8.

Bu Məcəllə ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları

 
1. Bu Məcəllə ilə əmək hüquqlarının vəzifələrinin yaranması, dəyişdirilməsi xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.
2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.
3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri günləri ilə hesablanan müddətə qeyri-iş günləri daxildir.
4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın günü müddətin bitdiyi gün hesab edilir.
 
İkinci fəsil
 
Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatları
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.