Maddə 61.

Başqa işçinin əmək funksiyasının icrası

 
1. Müəyyən səbəbdən yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
2. Vakant vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm əvəz etdiyi vakant vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona vakant vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əməkhaqqına əlavə ödənilməlidir.
3. Vakant vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da vakant vəzifəyə yeni işçi götürülür.
4. Əgər vakant vəzifə üzrə əmək funksiyası vakant olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin vakant olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə vakant vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə vakant vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əməkhaqqına əlavə ödənilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.