Maddə 32.

Kollektiv müqavilənin qüvvəsi

 
1. Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər.
2. Kollektiv müqavilə imzalandığı ya müqavilədə göstərilən gündən qüvvəyə minir.
3. Müəyyən olunmuş müddət qurtardıqdan sonra kollektiv müqavilə, yenisi bağlananadək, lakin ən çoxu üç il müddətədək qüvvədə olur.
4. Müəssisənin mülkiyyətçisinin dəyişdiyi ya müəssisə ləğv edildiyi, eləcə də fiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarıldığı hallar istisna olmaqla, işəgötürən tərəfindən təşkilati-struktur dəyişikliklərin edilməsi, işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi, eləcə həmkarlar ittifaqları təşkilatının fəaliyyətinə xitam verilməsi ya fəaliyyətinin dayandırılması kollektiv müqavilənin hüquqi qüvvəsinin itirilməsinə səbəb olmur.
5. Müəssisənin mülkiyyətçisi dəyişdikdə kollektiv müqavilə üç ay müddətində qüvvədə qalır. Bu müddət ərzində tərəflər yeni kollektiv müqavilə bağlamaq ya əvvəlkini qüvvədə saxlamaq, ona əlavələr dəyişikliklər edilməsi məqsədi ilə danışıqlara başlamalıdırlar.
6. Müəssisə qanunvericiliklə müəyyən olunmuş qaydada şərtlərlə ləğv olunduğu halda ya birləşmə, bölünmə yaxud ayrılma formasında yenidən təşkil olunduğu, kollektiv müqavilə bütün ləğvetmə ya yenidən təşkiletmə müddəti ərzində qüvvədə olur.
7. Kollektiv müqavilə müəssisənin və fiziki şəxs olan işəgötürənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.