Maddə 315.

Bu Məcəllə qüvvəyə minənədək bağlanan əmək müqavilələrinin hüquqi qüvvəsi

 
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış işəgötürənin əmrləri (sərəncamları, qərarları) ilə rəsmiləşdirilmiş əmək müqavilələri tərəflərin qarşılıqlı razılığı ilə yazılı formada tərtib edilməzsə, bu əmək münasibətlərinə xitam verilənədək onlarla bağlı bütün hüquqi nəticələri ilə hüquqi qüvvəsini saxlayır.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minənədək mövcud olmuş əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış işəgötürənin əmrləri (sərəncamları, qərarları) ilə rəsmiləşdirilmiş əmək müqavilələrinə yazılı formada bağlanmadığı səbəbinə görə xitam verilə bilməz.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.