Maddə 306.

İşçilərin sosial sığorta formaları

 
1. İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir.
2. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məbləğdə həyata keçirilən sosial sığortalanmadır.
3. İşçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilərlər.
4. İşəgötürənlər, həmçinin onların birlikləri işçilərin mənafelərinin təmin olunması əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilərlər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.