Maddə 295.

Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə işçinin təkbaşına tətil etmək hüququ və qaydası

 
1. Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər.
2. İşçi özünün fərdi tələblərini müdafiə etmək üçün təkbaşına tətilinə əmək kollektivinin ya həmkarlar ittifaqları təşkilatının qoşulması çağırışı ilə çıxış etməməlidir. Əmək kollektivi ya həmkarlar ittifaqları təşkilatı işçinin tələblərinin əsaslı, qanuni ədalətli olduğu qərarına gələrsə, müstəqil olaraq kollektiv tələblərini irəli sürə bilər.
3. İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul vasitə ilə işəgötürən, işçinin yerinin rəhbəri ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına, habelə belə tətilin keçirilməsinə mane olmasına yol verilmir.
4. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər.
5. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsinə xitam verə bilməz.
6. Tətil müddəti bitənədək işçi tətili dayandırıb işə başlaya ya əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Təkbaşına tətil müddətində mübahisənin həlli üçün tərəflərin müəyyən etdiyi vasitəçilik üsullarından istifadə edilə bilər.
7. Təkbaşına tətil edən işçinin tətil dövrü üçün əmək haqqının ödənilməsi bu Məcəllənin 283-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər.
8. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz ya əsassız hesab edilməsi barədə məhkəmə qərar qəbul edərsə, işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb edilə bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.