Maddə 278.

Tətilin maliyyələşdirilməsi

 
1. Tətilin maliyyələşdirilməsi üçün əmək kollektivi ya həmkarlar ittifaqları təşkilatı tətil müddətində fəaliyyət göstərən tətil fondu, digər müəssisələrin və fiziki şəxs olan işəgötürənlərin işçiləri, həmkarlar ittifaqları təşkilatları isə həmrəylik fondları, qarşılıqlı yardım kassaları yarada bilərlər.
2. Fondların idarəçiliyi istifadə edilməsi əmək kollektivi ya həmkarlar ittifaqları təşkilatı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Bu fondlar vergilərdən azaddır.
3. Tətil fondunun vəsaitləri tətilçilərə yardımlar göstərilməsinə tətillə əlaqədar digər məqsədlərə sərf olunur.
4. Tətil başa çatdıqdan sonra fondların istifadəsiz qalmış vəsaitləri əmək kollektivinin ya həmkarlar ittifaqları orqanının müəyyən etdiyi məqsədlərə sərf olunur.
5. Qanunsuz tətillərin davam etdirilməsi nəticəsində işəgötürənə dəymiş ziyanın ödənilməsi məhkəmənin qərarı ilə tətil fondunun vəsaitlərinə yönəldilə bilər.
6. Dövlət orqanlarının, vəzifəli şəxslərin digər işəgötürənlərin hər hansı formada birbaşa ya dolayısı ilə tətili maliyyələşdirmələri qadağandır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.