Maddə 270.

Tətil keçirilməsinin hüquqi əsasları

 
1. İşçilərin təkbaşına ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
2. Kollektiv əmək mübahisəsi yarandığı vaxtdan işçilərin ya həmkarlar ittifaqları təşkilatının tətil etmək hüququ əmələ gəlir.
3. Əgər tərəflər mübahisənin həllinin dinc üsullarından istifadə edəcəkləri barədə razılığa gəlmişlərsə, onda bu üsullarla kollektiv əmək mübahisəsinin həllinə nail olunmadıqda tətilə yol verilir. İşəgötürən mübahisənin barışdırıcı üsullarla həllini əsassız olaraq uzatdıqda, habelə barışdırıcı üsullarla əldə edilmiş razılaşmaları yerinə yetirmədikdə əmək kollektivinin, həmkarlar ittifaqları orqanının birbaşa tətil keçirmək hüququ yaranır.
4. Tətildə iştirak etmək könüllüdür. Zor tətbiq etməklə ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətildə iştirak etməyə yaxud iştirakdan imtina etməyə məcbur edən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
5. Bu Qanunun 275-ci maddəsinin dördüncü hissəsində göstərilmiş hallardan başqa tətildə iştirak edən işçilərin əmək vəzifələrinin icrası üçün başqa şəxslərin cəlb edilməsinə yol verilmir.
6. İşəgötürən tətillər təşkil ya tətillərdə iştirak edə bilməz.
7. Kollektiv əmək mübahisəsinin yaranması və tətil keçirilməsi ilə əlaqədar işçilərin işdən çıxarılması, sayının azaldılması və ya ştatların ixtisarı, habelə kollektiv əmək mübahisəsinin yarandığı müəssisənin (filialın, nümayəndəliyin) ləğvi və ya yenidən təşkili, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi qadağandır.
8. Qanunvericilik, , məhkəmə hüquq-mühafizə orqanlarında işləyən vəzifəli şəxslər tətil edə bilməzlər.
9. Cəzaçəkmə müəssisələrində məhkumlara əmək mübahisələrinin həlli üçün əmək fəaliyyətini dayandırmaq tətil etmək qadağan edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.