Maddə 27.

Kollektiv danışıqların iştirakçılarına verilən təminatlar

 
1. Kollektiv danışıqların iştirakçıları (tərəflərin nümayəndələri, məsləhətçi, ekspert, barışdırıcı, vasitəçi, mütəxəssis, arbitr tərəflərin müəyyən etdiyi digər şəxslər) kollektiv danışıqların aparıldığı dövrdə orta aylıq əmək haqqı saxlanılmaqla il ərzində üç ay müddətinədək əmək funksiyasının icrasından azad olunurlar. Həmin müddət onların əmək stajına daxil edilir.
2. Kollektiv danışıqlarla əlaqədar xərclər işəgötürən tərəfindən ödənilməlidir.
3. Danışıqların aparılmasında iştirak etmək üçün dəvət olunmuş əmək müqaviləsi üzrə işləməyən şəxslərə haqq, onları dəvət etmiş tərəflə bağladıqları müqavilə əsasında ödənilir.
4. Kollektiv danışıqların iştirakçılarının danışıqlar dövründə, intizam məsuliyyətinə cəlb olunmasına, başqa işə keçirilməsinə ya işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir.
 
Beşinci fəsil
 
Kollektiv müqavilə
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.