Maddə 263.

Kollektiv tələblərə baxılması

 
1. İşəgötürən kollektiv tələblərin ona təqdim edildiyi vaxtdan 5 günü müddətində öz qərarını yazılı formada işçilərə ya həmkarlar ittifaqları təşkilatına bildirməlidir. İşəgötürən kollektiv tələblərdən tam ya qismən imtina etdikdə ya tələblərə cavab verilməsini gecikdirdikdə, kollektiv əmək mübahisəsi başlanmış hesab olunur.
2. İşəgötürən kollektiv əmək mübahisəsinin başlanması haqqında 3 günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
3. Kollektiv sazişlərlə əlaqədar tələblərə 1 ay müddətində baxılır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.