Maddə 257.

Kənd təsərrüfatı sahəsində iş vaxtının və əməyin ödənilməsinin tənzimlənməsi xüsusiyyətləri

 
1. Kənd təsərrüfatı aqrar sənaye sahəsində fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində istehsal digər iqtisadi münasibətlərin xüsusiyyətləri nəzərə alınaraq vaxtı bu Məcəllədə nəzərdə tutulmuş normalar qaydalar çərçivəsində iş vaxtının rejimi qaydaları ilə müəyyən edilir. Bu halda işəgötürənlər tərəfindən vaxtının cəmlənmiş ya mövsümi işlərin yerinə yetirilməsi üçün ayrı-ayrı dövrlərə bölünmüş uçotu aparıla bilər.
2. Kənd təsərrüfatı təyinatlı məhsul istehsal edən ya xidmətlər göstərən qurumların üzvlərinin əmək haqqı məsələləri ilə bağlı münasibətlər, bir qayda olaraq, həmin müəssisənin mülkiyyətindəki pay iştirakı ilə müəyyən edilir. Bu müəssisələrdə əmək müqaviləsi ilə işləyən işçilərə əmək haqqı bu Məcəllədə nəzərdə tutulmuş normalardan az olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
3. Əgər kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının ödənilməsi formaları, qaydaları, əmək əməyin qiymətləndirilməsi normaları onların nizamnamələrində, əsasnamələrində nəzərdə tutulmamışdırsa, onda müəssisənin əmək haqqı normalarının müəyyən edilməsi ödənilməsi qaydaları tətbiq edilir. Bu qaydalar müəssisənin ümumi yığıncağı tərəfindən səs çoxluğu ilə qəbul edilir. Belə qaydalar da qəbul edilməyibsə, əmək haqqı normaları müvafiq icra hakimiyyəti ya bələdiyyə orqanları tərəfindən müəyyən edilmiş normativlər barədə müvafiq tövsiyələr əsasında müəyyən edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.