Maddə 247.

Yaşı 18-dən az olan işçilərin əmək hüququ və onun xüsusiyyətləri

 
1. Əmək, peşə vərdişlərinin əmək stajının az olması fizioloji vəziyyəti ilə bağlı olan amillər nəzərə alınaraq bu Məcəllə ilə yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri onlar üçün müvafiq təminatlar nəzərdə tutulur.
2. İşəgötürən tərəfindən bu Məcəllə ilə yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara əməl olunması məcburidir.
3. Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Yaşı 18-dən az olan işçilərin günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə vaxtı kimi nəzərə alınır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.