Maddə 245.

Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması

 
1. Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud əlilliyi olan uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam günü ya natamam həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik ya həftəlik vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.
2. Hamilə 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm uşağının tibb müəssisələrində dispanser ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.