Maddə 221.

Əməyin mühafizəsi fondu

 
1. Dövlət müəssisələr səviyyəsində əməyin mühafizəsi fondu yaradıla bilər. Dövlət Əməyin Mühafizəsi Fondu müvafiq icra hakimiyyəti tərəfindən təsis edilir.
2. Dövlət Əməyin Mühafizəsi Fondu:
dövlət büdcəsindən ayırmalar;
müəssisələrin mənfəətindən ayırmalar;
əməyin mühafizəsi normalarını qaydalarını pozan inzibati qaydada cəzalanmış vəzifəli şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyən edilmiş hissəsi;
müəssisələrin, vətəndaşların könüllü ödəmələri başqa ödəmələr hesabına təşkil edilir.
3. Müəssisə üzrə fond işəgötürən tərəfindən əməyin mühafizəsi texniki təhlükəsizlik tədbirlərinə ayırdığı vəsaitin hesabına yaradılır.
4. Dövlət Əməyin Mühafizəsi Fondunun idarə olunması onun vəsaitlərindən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamədə nəzərdə tutulan qaydada həyata keçirilir.
5. Müəssisədə əməyin mühafizəsi fondunun vəsaiti yalnız işçilərin əmək şəraitinin təhlükəsizliyinin normativ tələblərə çatdırılması ya müəssisədə mövcud olan əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi tədbirlərində istifadə edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.