Maddə 220.

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi

 
1. Məqsəd təyinatından asılı olaraq əməyin mühafizəsi dövlət büdcəsindən müəssisənin və ya fiziki şəxs olan işəgötürənin gəliri hesabına maliyyələşdirilir.
2. Dövlət büdcəsində yerli büdcələrdə əməyin mühafizəsi üçün ayrıca sətirlə ayrılmış büdcə təxsisatından əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, məqsədli dövlət regional proqramlarının hazırlanması yerinə yetirilməsi üçün istifadə olunur.
3. İşəgötürən ya müəssisənin mülkiyyətçisi hər il əmək şəraitindən əməyin təhlükəsizliyi vəziyyətindən, zədələnmələrin xəstələnmələrin səviyyəsindən asılı olaraq əməyin mühafizəsi üzrə tədbirlərin keçirilməsi üçün lazımi maliyyə vəsaiti material ayırır. Bu vəsaitlərin başqa məqsədlərə sərf edilməsi qadağandır.
4. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm illik xərclərin miqdarı bilavasitə məhsul istehsal edən və istehsalat sahələri olan müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən, digər müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün isə bir faizindən az olmamalıdır.
5. ləğv edilmişdir
6. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.