Maddə 218.

Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələblərinin təmin edilməsi

 
1. Qüvvədə olan əməyin mühafizəsi standartlarının, qaydalarının normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının qurğularının layihələşdirilməsinə, tikintisinə yenidən qurulmasına, istehsal vasitələrinin hazırlanmasına buraxılmasına, texnologiyaların tətbiqinə yol verilmir.
2. Müəssisələrin istehsal vasitələrinin layihələri dövlət ekspertizasından keçirilməli, istehsal vasitələrinin sınaq nümunələri isə əməyin mühafizəsi təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunun yoxlanması üçün dövlət sınaqlarından çıxarılmalıdır.
3. Müvafiq icra hakimiyyəti orqanlarının tələbləri ilə sifarişçi ya icraçı layihənin (nümunənin) əməyin mühafizəsi təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunu müəyyən etmək məqsədi ilə müvafiq təşkilatları mütəxəssisləri cəlb etməklə öz hesabına müstəqil ekspertiza keçirilməsini təşkil etməlidirlər.
4. İnsanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan digər nəzarət növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqi qadağandır.
5. Hər hansı yeni ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən sertifikat-pasportu olmadan istismara buraxılması qadağandır.
6. Yeni tikilmiş ya yenidən qurulmuş istehsal, sosial-məişət iaşə təyinatlı obyektlərin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı olmadan istismara verilməsi qadağandır.
7. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən fiziki şəxs olan işəgötürənlərin, müəssisələrin və (və ya) onların struktur bölmələrinin, avadanlıq və qurğuların işi, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən dayandırılmalıdır. Belə hallarda işçilərin əmək haqqı bu Məcəllənin 169-cu maddəsi ilə müəyyən edilmiş qaydada ödənilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.