Maddə 215.

Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri

 
Müəssisənin mülkiyyətçisi işəgötürəni işçilərin yerlərində əməyin mühafizəsi normalarının qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:
əməyin mühafizəsi üzrə standartların, normaların qaydaların bütün tələblərinə əməl edilməsini;
binaların, qurğuların, texnoloji proseslərin avadanlığın təhlükəsizliyinə riayət edilməsini;
bilavasitə yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;
işçilərə lazımi sanitariya-məişət müalicə-profilaktik xidmətinin təşkilini;
əmək şəraiti zərərli, ağır olan yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd ona bərabər tutulan digər məhsulların verilməsini;
normal əmək istirahət rejiminə riayət edilməsini;
işçilərə müəyyən edilmiş müddətlərdə tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı digər fərdi mühafizə vasitələrinin verilməsini;
işçilərin əməyin mühafizəsi normaları qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini əməyin mühafizəsinin təbliğini;
kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə formada əməyin mühafizəsi, əmək şəraiti onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.