Maddə 212.

Əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi

 
1. Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
2. Müvafiq icra hakimiyyəti orqanı:
əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir ona nəzarət edir;
həmkarlar ittifaqları işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil təmin edir;
əməyin mühafizəsi vasitələrinin istehsalının təşkili, bu vasitələrin hazırlanması istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir;
əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir əlaqələndirir, qüvvədə olan standartları, normaları və qaydaları rəsmi internet saytında yerləşdirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını şərtlərini müəyyən edir;
əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir;
əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.