Maddə 182.
Daxili intizam qaydaları
1. İşəgötürən əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə daxili intizam qaydaları qəbul edə bilər.
2. Müəssisələr birliyinin nizamnaməsində nəzərdə tutulmuş hallarda daxili intizam qaydaları birliyin müvafiq idarəetmə orqanı tərəfindən həmin birliyə daxil olan müəssisələr üçün də qəbul edilə bilər.
3. Daxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan daxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.