Maddə 173.

İşçilərin haqq-hesab sənədləri

 
1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.
2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:
hesablanmış əmək haqqının ümumi məbləği;
əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü məbləğləri;
əmək haqqından tutulan məbləğlər tutulmanın adı, növü, səbəbi məbləği;
faktik ödənilən məbləğ;
tərəflərin birinin digərinə ödənilməmiş pul borcu onun məbləği.
3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır əməkhaqqı verilərkən işçinin tələbi ilə ona təqdim edilir.
4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilir.
5. Əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.