Maddə 162.

Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi

 
1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.