Maddə 159.

Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı

 
1. Əmək şəraiti ağır zərərli olan işlərdə iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan yerlərində işçilərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
2. Bu Məcəllənin 91-ci, 92-ci 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.