Maddə 158.

Əməyin ödənilməsi sistemlərinin tətbiqi qaydaları

 
1. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir.
2. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
3. İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq peşəkarlıq səviyyəsi ilə müəyyən edilir hər hansı hədlə məhdudlaşdırıla bilməz.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.