Maddə 149.

Əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsi

 
1. Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir.
2. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə müəyyən edilə bilər.
3. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq günü (aylıq saatı) normasına bölünməsi yolu ilə tapılır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.