Maddə 144.

İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi393

 
1. Əmək müqaviləsi ləğv edilənədək əmək münasibətlərində olan işçilərə bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətləri faktik olaraq verməyərək həmin məzuniyyətlərin pul ilə əvəz edilməsi qadağandır.
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir.
3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 – 117-ci və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir.
4. Müəyyən ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.