Maddə 143.

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi

 
1. Müvafiq ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin a ç bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin ili (illəri) üçün ona məzuniyyət verilir işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. KM1
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.