Maddə 132.

Əmək məzuniyyəti hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər

 
1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt aşağıdakı dövrlər daxil edilir:
a) yerinin bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;
b) qanunsuz əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;
c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
ç) təhqiqat, ibtidai istintaq, prokurorluq məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş ya kənarlaşdırılmış müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü ya həbsdə olduğu dövr.
2. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət əmək məzuniyyəti hüququ verən əmək stajına daxil edilmir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.