Maddə 86.

Vergilərin ödənildiyi yer

 
86.0. Vergi aşağıdakı yerlərdə ödənilir:
86.0.1. bildirişdə göstərilən yerdə;
86.0.2. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin uçotda olduğu yer üzrə;
86.0.3.vergi agentləri ödəmə mənbəyində tutulmuş vergiləri özlərinin uçotda olduqları yer üzrə;
86.0.4. bu Məcəllədə verginin ödənildiyi yer müəyyən edilməmişdirsə, vergi ödəyicisi fiziki şəxsin yaşadığı yer üzrə, yaxud vergi ödəyicisi hüquqi şəxsin idarə olunduğu yer üzrə.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.