Maddə 128.

Güzəştli vergi tutulan ölkələr və ya ərazilər

 
128.1. Rezident güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir.
128.2. Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, aşağıdakı ölkələr və ya ərazilər başa düşülür:
128.2.1. vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcənin 75 faizi və ya daha aşağı hissəsinə bərabər olan ölkələr və ya ərazilər və (və ya);
128.2.2. Azərbaycan Respublikası ilə beynəlxalq müqavilələr çərçivəsində müvafiq standartlara uyğun məlumat mübadiləsini aparmayan ölkələr və ya ərazilər və (və ya);
128.2.3. maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkələr və ya ərazilər.
128.3. Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.