Maddə 355-18.

Restrukturizasiya planının təsdiq edilməsi

 
355-18.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada bank öhdəliklərinin könüllü restrukturizasiyası planının təsdiqi üçün bankın yerləşdiyi yer üzrə məhkəməyə ərizə ilə müraciət edir. Bank onun öhdəliklərinin könüllü restrukturizasiyası planı ilə birlikdə, həmin planın təsdiq edilməsi haqqında bankın müvafiq kreditorlarının yığıncağının protokolunu və əlaqəli sənədləri də məhkəməyə təqdim edir.
355-18.2. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası planının təsdiq edilməsi haqqında ərizəyə məhkəməyə verildikdən sonra 30 gün ərzində baxılıb qərar qəbul edilir.
355-18.3. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. Məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi kreditorlar tərəfindən təsdiq edilmiş restrukturizasiya planında göstərilmiş üsulla maraqlı şəxslərə göndərilir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
355-18.4. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
 
Maddə 355-18-1. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddətinin uzadılması
 
355-18-1.1. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddəti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada bankın əsaslandırılmış ərizəsi əsasında işə baxan məhkəmə tərəfindən uzadıla bilər.
355-18-1.2. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddətinin uzadılması haqqında ərizəyə məhkəməyə verildikdən sonra məhkəmə tərəfindən 10 gün ərzində baxılır və qərardad qəbul edilir. Qərardad dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.
355-18-1.3. Həmin qərardaddan şikayət, qərardad rəsmi qaydada işdə iştirak edən şəxslərə verildiyi gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada verilə bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.