Maddə 355-17.

Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi

 
355-17.1. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında ərizəyə məhkəməyə verildikdən sonra məhkəmə tərəfindən 10 gün ərzində baxılır və qərar qəbul edilir.
355-17.2. Məhkəmə ərizəyə öhdəlikləri restrukturizasiya edilən bankın və Azərbaycan Respublikasının Mərkəzi Bankın mütləq iştirakı ilə baxır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
355-17.3. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
355-17.4. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qətnamədə, o cümlədən aşağıdakılar göstərilməlidir:
355-17.4.1. bankın adı;
355-17.4.2. restrukturizasiya müddəti və bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi üzrə məsul şəxslər göstərilməklə bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi barədə göstəriş.
355-17.5. Qətnamənin surəti bu Məcəllənin 227-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmiş banka onun hüquqi ünvanı üzrə və Azərbaycan Respublikasının Mərkəzi Banka göndərilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.