Maddə 219.
Qətnamənin tərtib olunması
219.1. Qətnamə sədrlik edən və yaxud işə kollegial qaydada baxıldıqda, hakimlərin biri tərəfindən yazılı surətdə tərtib edilir.
219.2. Məhkəmənin qətnaməsi işə təkbaşına baxdıqda hakim, kollegial qaydada baxıldıqda isə bütün hakimlər tərəfindən imzalanır.
219.3. Qətnamədə düzəlişlər hakimlərin, yaxud hakimin imzası ilə təsdiq edilməlidir.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.