Maddə 17.
Məhkəmənin tərkibi
17.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər.
17.2. İşə təkbaşına baxan və ya prosesin digər məsələlərini həll edən hakim və ya kollegial tərkibli məhkəmə məhkəmənin adından fəaliyyət göstərir. İşə təkbaşına baxan hakim prosesdə sədrlik edir.
17.3. İşlərə baxılması zamanı bütün hakimlər bərabər hüquqlara malikdirlər.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.