Maddə 145.

Çağırış vərəqəsini və ya bildirişi qəbul etməkdən imtina edilməsinin nəticələri

 
145.1. Ünvan sahibi və ya digər şəxs çağırış vərəqəsini və ya bildirişi almaqdan imtina etdikdə, onları gətirən, yaxud təqdim edən şəxs çağırış vərəqəsində və ya bildirişdə müvafiq qeydlər etdikdən sonra onları məhkəməyə qaytarır.
145.2. Çağırış vərəqəsi, yaxud bildirişin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
145.3. Ünvan sahibinin çağırış vərəqəsini və ya bildirişi qəbul etməkdən imtina etməsi ona qarşı irəli sürülən tələblərlə sözsüz razı olduğunu göstərir və işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir.
145.4. Şəxsin çağırış vərəqəsini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsi məhkəməyə hörmətsizlik kimi qiymətləndirilir və on bir manat cərimə olunur.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.