Maddə 986-8.

Çek sahibinin xeyrinə ehtimal. Çekin itirilməsi

 
986-8.1. Çek sahibinin xeyrinə ehtimala bu Məcəllənin 1019.1-ci maddəsi tətbiq edilir.
986-8.2. Çek sahibi çeki itirdikdə, əlində çek olan şəxs, onun adsız çek və ya indossament vasitəsilə verilən çek olmasına baxmayaraq, çeki yalnız o halda qaytarmağa borcludur ki, onu vicdansız yolla əldə etmiş olsun və ya əldə edərkən kobud ehtiyatsızlıq etmiş olsun.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.