Maddə 836.

Mehmanxana və ya restoran sahibinin girov hüququ

 
Qonağın mehmanxanada yaşayışı, ona qulluq üçün göstərilmiş xidmətlərdən və tələbatının ödənilməsi üçün digər xidmətlərdən irəli gələn tələbləri, o cümlədən çəkilmiş xərclər üzrə mehmanxana və ya restoran sahibi qonağın bu Məcəllənin 831.1-ci maddəsində müəyyənləşdirilmiş əşyalarına girov hüququna malikdir. Bu halda yaşayış otağını kirayəyə verənin girov hüququ üçün qüvvədə olan göstərişlər tətbiq edilir.
 
§4. Konsiqnasiya anbarında saxlama
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.