Maddə 799.

Ticarət nümayəndəsi haqqında müqavilənin qüvvəsinə xitam verildikdən sonra rəqabətin istisna edilməsi

 
Ticarət agenti müqavilənin qüvvəsinə xitam verildikdən sonra tapşıranla rəqabət aparmayacağı barədə iltizam verə bilər. Rəqabətin bu cür istisna edilməsi yalnız o halda etibarlıdır ki, əvvəla, ticarət nümayəndəsinin nümayəndəlik hüququna malik olduğu əraziyə, şəxslərə və məhsul növünə şamil edilsin, ikincisi, ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə xitam verildiyi andan ən çoxu iki illik müddətlə məhdudlaşdırılsın.
 
 
43-cü fəsil.
 
Kommersiya konsessiyası
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.