Maddə 785.
Tapşırıq müqaviləsi üzrə bir neçə şəxsin məsuliyyəti
785.1. Əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar.
785.2. Əgər tapşırığı icraya bir neçə şəxs birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət daşıyır və vəkalət verəni yalnız birgə hərəkətlərlə mükəlləfiyyətli edə bilərlər, bu şərtlə ki, onlar tapşırığın icrasını üçüncü şəxslərə verməyə vəkil edilməsinlər.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.