Maddə 674.
Bağışlamanın ləğvi və hədiyyə verənin öhdəliklərinin xitamı
674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir:
674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda;
674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda.
674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.
33-cü fəsil.
Əmlak kirayəsi
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.