Maddə 658.

Sınama üçün alğı-satqı müqaviləsi

 
658.1. Sınama və ya yoxlama üçün alğı-satqı müqaviləsi alıcının həmin predmeti almağa razılıq verdiyi vaxtadək təxirəsalıcı şərtlə bağlanan alğı-satqı müqaviləsidir.
658.2. Sınama üçün alğı-satqı müqaviləsinə görə satıcı alıcıya predmeti gözdən keçirməyə icazə verməlidir.
658.3. Çıxarılmışdır.
658.4. Alıcı sınama və ya yoxlama üçün aldığı predmet barəsində razılığını yalnız müəyyənləşdirilmiş müddət ərzində, bu müddət müəyyənləşdirilmədikdə isə yalnız satıcının alıcı üçün müəyyənləşdirdiyi ağlabatan müddət bitənədək bildirə bilər. Əgər əşya sınama və ya gözdən keçirmə üçün artıq alıcıya verilmişdirsə, onun susması razılıq kimi qiymətləndirilir.
 
30-cu fəsil.
 
Satın almaqda üstünlük hüququ və digər üstünlük hüquqları
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.