Maddə 639.
Lazımi keyfiyyətli olmayan malların göndərilməsinin nəticələri
639.1. Lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı (mal alan) mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
639.2. Göndərilmiş malların pərakəndə satışını həyata keçirən alıcı (mal alan) istehlakçının qaytardığı lazımi keyfiyyətli olmayan malın ağlabatan müddətdə dəyişdirilməsini tələb edə bilər, bu şərtlə ki, göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmasın.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.