Maddə 548.

Borcun əsas borcluya bağışlanmasının nəticələri

 
548.1. Borcun əsas borcluya bağışlanması zaminləri də azad edir.
548.2. Zaminin borcu ödəməkdən azad edilməsi əsas borclunu öhdəliyin icrasından azad etmir.
548.3. Zaminlərdən birinin borcu ödəməkdən azad edilməsi digər borcluları da azad edir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.