Maddə 530.

İcra haqqında sənədin verilməsi xərclərinin ödənilməsi

 
530.1. İcra haqqında sənədin verilməsi xərcləri, əgər borclu ilə kreditor arasında razılaşmadan ayrı hal irəli gəlmirsə, borclunun öhdəsinə qoyulur.
530.2. Əgər kreditor yaşayış yerini dəyişdirərsə və ya vəfat edərsə və başqa yaşayış yerində onun vərəsələri qalarsa, icra haqqında sənədin verilməsi ilə bağlı artmış xərclər kreditorun və ya onun vərəsələrinin öhdəsinə qoyulur.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.