Maddə 288.

Girov saxlayanın girov predmetinə hüquqlarını müdafiə etməsi

 
288.1. Girov qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edə bilər.
288.2. Müqavilə şərtlərinə görə girov saxlayana ona verilmiş girov predmetindən istifadə hüququ verildikdə o digər şəxslərdən, o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularını aradan qaldırmağı, bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmədikdə belə, tələb edə bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.